Nailiyyətlərimiz

Şagirdlərimizin növbəti uğuru2017-ci ilin aprel-may aylarında V-VI sinif şagirdləri arasında keçirilən Lütfi Zadə adına məktəblilərarası II Məntiq Olimpiadasında məktəbimizin şagirdləri Tahirə Rəşid və Aysun Şirinova bu olimpiada da fəal iştiraklarına görə martın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyi tərəfindən sertifikatla təltif olunublar.

Şahmat yarışında şagirdlərimiz yüksək nəticə göstəriblərMartın 25-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə keçirilən yarışda məktəbimizin II sinif şagirdləri iştirak ediblər. Ayxan Həmidov və Ramal Həsənzadə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi tərəfindən, Toğrul Zeynallı isə 3 №li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi tərəfindən diplom və medalla təltif olunublar.

İdman sahəsində növbəti uğurumuzFevralın 22-27 tarixləri arasında Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə badminton üzrə 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda məktəbimizin III sinif şagirdi Murad İbrahimli iştirak edib və qoşa yarışda II yerə, şəxsi yarışda isə III yerə layiq görülüb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomla təltif edilib.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Rəvan Niftalıyev Surxay

Nigar Kamilova Fəqani

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi