Şagirdimiz badminton üzrə yarışda yüksək nəticə göstəribFevralın 02-07 tarixləri arasında 12 nömrəli tam orta məktəbdə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında badminton üzrə Bakı şəhər birinciliyi keçirilib. Məktəbimizin III sinif şagirdi Murad İbrahimli qoşa yarışda I yerə, şəxsi və qarışıq-qoşa yarışlarda isə II yerə layiq görülüb və diplomla təltif olunub.
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar badminton üzrə keçirilən yarışda şagirdlərimiz mükafatlandırılıbMəktəbimizdə "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirmi səkkinci ildönümünə həsr edilmiş 2 №li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin badminton üzrə açıq birinciliyi keçirilib. VIII sinif şagirdi Zəka Həsənov şəxsi yarışda III yerə layiq görülüb və diplomla təltif olunub.
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar badminton üzrə keçirilən yarışda şagirdlərimiz mükafatlandırılıbMəktəbimizdə "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirmi səkkinci ildönümünə həsr edilmiş 2 №li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin badminton üzrə açıq birinciliyi keçirilib. VII sinif şagirdi Əkbər Əliyev şəxsi yarışda III yerə layiq görülüb və diplomla təltif olunub.