Nailiyyətlərimiz

Şahmat üzrə uğurumuzAtakişiyev Elmar Telman oğlu 2004-cü ildə Bakıda anadan olub. Beş yaşından şahmatla məşğul olur, 2 dəfə 8 və 12 yaşlı uşaqlar arasında Bakı şəhəri üzrə keçirilən şəhər birinciliyi yarışında yer tutaraq, Azərbaycan Şahmat Çempionatına vəsiqə qazanıb. 2014-cü ildə şahmat üzrə Avropa kuboku mükafatına layiq görülüb. 2014-cü ildə oğlanlar arasında açıq turnirdə 1-ci yer qazanıb və həmin turnirin 1-ci yer mükafatına layiq görülmüşdür. Hal hazırda Azərbaycan üzrə 1-ci dərəcə təsnifat turnirindədir. Birləşmiş Ərəb Əmirliyi (Dubay), Gürcüstan və Çexiya ölkələrində keçirilən Avropa və Dünya Çempionatlarında iştirak edib. Şahmat üzrə Milli reytinq 2000 xal dərəcəsi və Beynəlxalq reytinqi 1654 xal dərəcəsi qazanıb. Elmar Atakişiyev Beynəlxalq Şahmat üzrə Qrossmeyster Fərid Abbasovun yetirməsidir. Hal hazırda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open-2015” Beynəlxalq Şahmat turnirinə hazırlaşır. Onun ən böyük arzusu ölkəmizi Beynəlxalq Şahmat turnirlərində layiqincə təmsil etmək və bayrağımızı həmişə zirvələrə ucaltmaqdır.

Taekvando idman növü üzrə nailiyyətimizHacıyeva Röya Elxan qızı 1999-cu ildə anadan olub. Hal-hazırda 3- ildir Taekvando idman növü ilə məşğul olur. Bu zaman ərzində çoxlu sayda uğurları olub. 4 dəfə Azərbaycan Milli komandasına düşüb. Hal-hazırda gənclərdən ibarət milli komandadadır. İlk yarışı Lənkaranda keçirilibş Bu yarışda III yerə layiq görülüb.Bu yarışdan sonra yeniyetmələrin Respublika birinciliyində III yeri tutub . Şağan MOK-da keçirilən yarışda II yerə layiq görülüb. Daha sonra isə İranın Tehran şəhərində keçirilən yarışda I yeri tutub .Azərbaycanda keçirilən gənclərin Azərbaycan çempionatında II yerə layiq görülüb.Gənclərdən ibarət milli komandaya cəlb edilib, Daha sonra isə Türkiyənin Ankara şəhərində olan yoldaşlıq görüşündə I yerə layiq görülüb. Həmin yarışdan sonra Türkiyənin Kırıkkala şəhərində keçirilən yarışda bir daha I yeri tutub .Bu yarışdan sonra Azərbaycanda olan Gənclərin Azərbaycan birinciliyində bir daha I yerə layiq görülüb və milli komandanın tərkibinə cəlb edilib. Hal-hazırda milli komandanın tərkibindədir.

HAQQIMIZDA

Məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Məktəb 1975-ci ildə yeni binaya köçürülmüşdür və 1176 şagird üçün nəzərdə tutulmuşdur. Məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müa...

BİZİM FƏXRLƏRİMİZ

Cavidan Yarıyev Gülbala

Aysel Qasımova Malik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi