Kiçik Akademiya

“Polietilen torbaların ətraf mühitə zərərləri”02.12.2019.-cu il tarixində məktəbimizdə“Kiçik Elmi Akademiya’’ nın növbəti hesabatı keçirilmişdir. Tədbir məktəbin biologiya kabinetində baş tutmuşdur.İştirak etmiş müəllimlər: -Məktəbin direktor əvəzi- Tamilla Yaqubova -Biologiya fənn müəlliməsi- Mefriban Qafarova -Fizika fənn müəlliməsi- Mələknisə Şahməmmədli -Azərbaycan dili Ədəbiyyat fənn müəllimi- Nazim Məmmədov -Kimya fənn müəlliməsi- Gülüstan Niftaliyeva -Biologiya fənn müəlliməsi- Aysel Kərimova Münsif qismində elmi işləri qiymətləndirdilər.Tədbiri çıxış sözü ilə məktəbin direktor əvəzi Y.Tamella açmış,hesabat iştiraçılarına uğurlar arzulamışdır.Şagirdlər növbə ilə öz çıxışlarını nümayiş etdilər. Sonda münsiflər heyəti öz aralarında müzakirə yolu ilə qalibləri müəyyənləşdirdilər. I Yer-“Polietilen torbaların ətraf mühitə zərərləri” Niftəliyeva Gülüstan müəllimə Əhmədzadə Gülüstan, Abbaszadə Mələk 8a II Yer-“Radioaktivliyin mənşəyi,radiasiya şüalarının canlı aləmə və təbiətə təsiri.Atom nüvə reaksiyaları”Şahməmmədli Gülüstan müəllimə.Hacızadə Vəfa İsayeva Məryəm 9a III Yer-“Günəş enerjisi” Kərimova Elnarə müəllimə Muradova Vüsalə 8a

Ətraflı

"Bu günün şagirdləri sabahın alimləridir""Bu günün şagirdləri sabahın alimləridir" prinsipini əsas götürən məktəblərdə "Kiçik Akademiya"ların təşkili qaydalarına uyğun olaraq məktəbimizdə də bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılmışdır. İstedadlı şagirdlərimiz könüllülük prinsipinə əsasən KA-ya üzv seçilərək müxtəlif görüşlər keçirmişlər. Bu şagirdlərimizin iştirakı ilə məktəbimizin biologiya müəllimi Kərimova Ayselin rəhbərliyi altında ADPU-nun bir sıra professor və müəllim heyəti ilə görüşlər keçirilmişdir. Şagirdlərə universitet həyatının önəmli detalları və görüləcək işlərin istiqaməti izah edilmişdir. Göstərdikləri dəstəyə görə ADPU-nun Filologiya fakültəsinin dekanı Mahirə Hüseynovaya, Kimya və biologiya fakültəsinin dekanı Elnarə Mehbalıyevaya, Biologiyanın tədrisi fakültəsinin Zəminə Məlikovaya, dossent Reyhan Ağayevaya, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Yusifova, baş müəllim Təranə Nağıyevaya, dossent Pəri Paşayevaya, dekan müavini Zemfira Abbasovaya məktəbimiz adından təşəkkürümüzü bildiririk.

Ətraflı

İmadəddin Nəsimi irsi"Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" adlı müsabiqənin keçirilməsi barədə BŞTİ müdirinin 43 N-li əmrinə əsasən məktəbimizin tarix muzeyində dəyirmi masa təşkil edildi, VIII-X sinif şagirdlərinin Nəsimi yaradıcılığı ilə bağlı təqdim edilmiş mövzular üzrə hazırlanmış məqalələri məktəb daxilində yaradılmış Azərbaycan dili və ədəbiyyat müəllimlərimizdən ibarət təşkilat komitəsi tərəfindən dinlənildi. Fənn müəllimlərimiz və məktəbimizin direktor əvəzi Tural müəllim Nəsimi irsinin möhtəşəmliyi və dərin fəlsəfi mahiyyəti ilə bağlı çıxışlar etdilər. Video çarxlar nümayiş etdirildi. Daha sonra komitənin qərarına əsasən müsabiqə şərtlərini ödəyən ən yaxşı üç məqalə müəllifinin təqdimatları müsabiqənin rayon mərhələsində iştirak üçün seçildi.

Ətraflı

“Kiçik Akademiya”“Kiçik Akademiya”nın təsis edilməsi. Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli,63 nömrəli əmrinə əsasən 22 oktyabr 2019-cu il tarixində məktəbimizdə “Kiçik Akademiya”təsis olundu. KA-nı təsis etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətinin məqsədyönlü şəkildə inkişafına kömək etmək,yüksək intellektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında ,elmi tədqiqat işinin aparılması yollarını öyrətməkdə,öz bacarıqlarını nümayiş etdirməkdə “Kiçik Akademiya”nın əhəmiyyətli rolu olacaqdır. Təsis konfransında KA-nın yaradılması elan olunaraq, onun ailə orqanı olan Şura seçildi.Şuranın tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirildi. Şuranın tərkibinə KA-nı prezidenti,onun müavinləri (vitse prezidentlər),bölmə rəhbərləri,habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edildi. KA-nın prezidenti: Kərimova Aysel biologiya müəllimi. I vitse prezident:Qafarova Mehriban biologiya müəllimi. II vitse prezident:Niftəliyeva Gülüstan kimya müəllimi. 1)Humanitar fənlər bölməsinin rəhbəri:İsayeva Səlmi 2)Təbiət fənlər bölməsinin rəhbəri:Qafarova Mehriban Fizika-Riyaziyyat bölməsinin rəhbəri:Şahməmmədli Mələknisə Şura KA-nın əsas fəaliyyət istiqamətlərinə müəyyənləşdirir,iş Planlarını təsdiq edir. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. Zəruri hallarda yeni bölmələrin yaradılması,habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırma məsələlərinə baxır. Şura iclasları rübdə 1 dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA

Məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Məktəb 1975-ci ildə yeni binaya köçürülmüşdür və 1176 şagird üçün nəzərdə tutulmuşdur. Məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müa...

BİZİM FƏXRLƏRİMİZ

Günel Seyfullazadə Azad

Cavidan Yarıyev Gülbala

HAQQIMIZDA

Məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Məktəb 1975-ci ildə yeni binaya köçürülmüşdür və 1176 şagird üçün nəzərdə tutulmuşdur. Məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müa...

BİZİM FƏXRLƏRİMİZ

Günel Seyfullazadə Azad

Cavidan Yarıyev Gülbala

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi