"Bu günün şagirdləri sabahın alimləridir"

"Bu günün şagirdləri sabahın alimləridir" prinsipini əsas götürən məktəblərdə "Kiçik Akademiya"ların təşkili qaydalarına uyğun olaraq məktəbimizdə də bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılmışdır. İstedadlı şagirdlərimiz könüllülük prinsipinə əsasən KA-ya üzv seçilərək müxtəlif görüşlər keçirmişlər. Bu şagirdlərimizin iştirakı ilə məktəbimizin biologiya müəllimi Kərimova Ayselin rəhbərliyi altında ADPU-nun bir sıra professor və müəllim heyəti ilə görüşlər keçirilmişdir. Şagirdlərə universitet həyatının önəmli detalları və görüləcək işlərin istiqaməti izah edilmişdir. Göstərdikləri dəstəyə görə ADPU-nun Filologiya fakültəsinin dekanı Mahirə Hüseynovaya, Kimya və biologiya fakültəsinin dekanı Elnarə Mehbalıyevaya, Biologiyanın tədrisi fakültəsinin Zəminə Məlikovaya, dossent Reyhan Ağayevaya, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Yusifova, baş müəllim Təranə Nağıyevaya, dossent Pəri Paşayevaya, dekan müavini Zemfira Abbasovaya məktəbimiz adından təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi