FƏXRİMİZ

Mövludov Fuad Fərhad oğlu (1968-1990)

 

Mövludov Fuad Fərhad oğlu 1968-ci ildə Əzizbəyov rayonu Şimali DRES qəsəbəsində anadan olmuşdur. Fuad ilk təhsilini Əzizbəyov rayonu 230 sayli məktəbdə aldı. Oxuduğu məktəbdə xoş rəftarı və səmimiyyəti ilə hamının sevimlisinə çevrildi. Fuad 156 saylı məktəbdə tam orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə Kiyev Ali Hərbi Aviasiya məktəbinə daxil olur. Beləcə Fuad burada 3-il təhsil alır. Fuad Kiyev Hərbi Aviasiya mətəbində oxuduğu illərdə yoldaşları arasında vətənini sevən, milli qürurunu hər şeydən üstün tutan bir tələbə kimi tanındı. Bir gün eşitdi ki, onu üçüncü kursdan ayrı səbəb olmadan, məhz bu cür vətən, millətsevərliyinə görə məktəbdən xaric ediblər.

1990-cı il Azərbaycan hərbi və siyasi cəhətdən təzyiqlərə məruz qalmışdı. Millətin bu ağır və qara günündə xalqın qeyrətli oğulları namus və şərəfini qoruyaraq, torpağa,bayrağa and içib, milli varlığını bir daha sübut etdilər. Bu bahadır oğullar sırasında Fuad da vardı. O qanlı gecədə öz rəşadəti ilə seçilən Fuad kürək nahiyəsindən sayısız-hesabsız  güllə yarası aldı.

Fuadı Mərdəkanda 26 saylı xəstəxanaya çatdırsalar da, onun böyük ürəyi çoxlu güllə yarasından cəmi 5 gün dözə bildi. Xalqımızın qeyrətli oğlu,yurdumuzun səadəti naminə son damla qanını əsirgəməyən, Azadlıq fədaisi Fuad Bakıdan narahat gözlərini əbədi olaraq yumdu. Amma onun xoş xatirəsi təkcə onu istəyən əzizlərinin deyil, bütün Azərbaycan xalqının qəlbində yaşadı. Xalqımızın şəhid oğlu Fuad Fərhadoğlu Mir Mövsüm Ağa ziyarətgahında -müqəddəs bir torpaqda dəfn olundu. Hal-hazırda 230№-li tam orta məktəb şəhid Fuad Fərhadoğlunun adını şərəflə daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi