Nailiyyətlərimiz

Fibonacci intelektual oyunuBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında onlayn olaraq, 15 iyun-Milli Qurtuluş Günü münasibətilə  "Fibonacci" intellektual oyunu keçirilmisdir. Bilik yarışında BŞTİ və Təlimə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 33 komanda yeddi turda qalibiyyət uğrunda mübarizə aparmışdır. Məktəbimizi bu yarışda tərbiyə işləri üzrə direktor müavini Elzamin Həsənov təmsil edirdi. O, “İstiqlal” komandasının üzvü kimi yarışmada birinciliyə layiq görülmüşdür. Onlayn qaydada təşkil olunan yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, diplom və hədiyyələr təqdim olunacaq. Məktəbimizi layiqincə təmsil etdiyi üçün Elzamin müəllimə təşəkkür edirik.

Xəzər rayon komandası birinci olduTəhsil işçiləri arasında müxtəlif idman növləri üzrə Bakı şəhər çempionatı təşkil olunmuşdur. Çempionat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə keçirilir. Ənənəvi olaraq hər il keçirilən çempionatın əsas məqsədi təhsil işçilərinin idmana marağını daha da artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam və aktiv həyat tərzinin təbliği işini genişləndirməkdən ibarətdir. Məktəbimizin fiziki tərbiyə müəllimi Əsayə Ağayev stolüstü tennis idman növü üzrə Xəzər rayon komandasının tərkibində uğurlu çıxış edərək Bakı şəhər çempionu olmuşdur. Bu uğur münasibətilə müəllimimizi təbrik edirik.

Birinci sinif şagirdimiz Azərbaycan çempionu olmuşdurMəktəbimizin 1c sinif şagirdi Məmiyev Zaur Karate idman növü üzrə əldə etdiyi sayısız uğurlara görə fərqlənir. O iştirak ediyi əksər yarışlarda yüksək ustalıq nümayiş etdirərək qalib olmuşdur. Azyaşlı olmasına baxmayaraq o, Karate Do Federasiyasının narıncı kəmər dərəcəsinə qədər yüksəlib. Şagirdimizi əldə etdiyi uğurlara görə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzu edirik.

HAQQIMIZDA

Məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Məktəb 1975-ci ildə yeni binaya köçürülmüşdür və 1176 şagird üçün nəzərdə tutulmuşdur. Məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müa...

BİZİM FƏXRLƏRİMİZ

Xəyal Rəcəbli Nizami

Günel Seyfullazadə Azad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi