Şagirdimiz rus dili və ədəbiyyatı üzrə Respublika Olimpiadasında iştirak etdi03.02.2018-ci il tarixində məktəbimizin 8c sinif şagirdi Qasımzadə Şəms Rusiya Səfirliyinin və Təhsil Nazirliyinin birgə təşkil etdiyi rus dili və ədəbiyyatı üzrə Respublika Olimpiadasında iştirakına görə sertifikatla təltif olundu.
Məktəbimizin direktoru mükafatla təltif olundu Bu gün "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, Ümummilli Lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində, fənlərin müasir tələblər səviyyəsində tədris olunmasında yaradıcı elmi təkliflərinə, kollektivə göstərdiyi xüsusi qayğıya, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, gənc nəslin təlim-tərbiyəsində, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin təhsil sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Məmiyev Təhmasib İdrak oğlu ən yaxşı vətənpərvər məktəb direktoru Qızıl medal ilə təltif olundu.
Şagirdimiz Azərbaycan çempionu olduMəktəbimizin 9b sinif şagirdi Baxşıyev Əli futbol üzrə 14 yaşlılardan ibarət Qəbələ FK-nun üzvüdür. O, U-14-lər arasında keçirilən Azərbaycan çempionatında komandası ilə birlikdə fərqlənərək Azərbaycan çempionu olmuşdur. Qeyd edək ki, Qəbələ FC U 14-lər arasında Azərbaycan çempionatının finalında Vətən komandasını 1-0 hesabı ilə məğlub edərək bu uğuru əldə edib.