Setifikatla təltif olunan müəllimimiz04.03.2017ci il Heydər Əliyev adına müasir təhsil kompleksində keçrilən formda Bakı şəhəri Xəzər rayonu 230 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Bəhramova Ülviyyə Tahir qızı İngilis dilində təqdimat və gözəl çıxış edərək sertifikat almışdir. Bizdə 230 ailəsi adından sizi təbrik edir uğurlarınızın davamını arzulayırıq.
Qızıl medalla təltif olunan müəllimimizBu gün məktəbimizin biologiya müəllimi, AMEA-nın Dendrologiya Institutunun "Tibbi botanika və fitoterapiya" laboratoriyasının böyük elmi işçisi, Pedaqogika üzrə fəlsəfə doktoru Qafarova Mehriban "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, biologiya fənninin tədrisinin həyatla əlaqələndirilməsinin imkan və yolları sahəsində apardığı uğurlu elmi tədqiqatlarına , elmi-publisistik əsərlərinə, elmi ixtirasına, gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında və ölkədə biologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərə görə diplom və qızıl medalla təltif edildi.Diplomun və medalın təqdimatında AMEA-nın Dendrologiya Institutunun "Tibbi botanika və fitoterapiya" laboratoriyasının rəhbəri professor Tofiq Sadiqov, AYB-nin üzvü, Avropa Nəşr Mətbuat Evinin əməkdaşı Sahilə Abdullayeva, məktəbin direktoru Rəhman Baxşəliyev, direktor müavini Səba Həsənova və məktəbimizin müəllimləri iştirak etdilər.Onlar Mehriban müəllimənin bu uğurunu yüksək qiymətləndirib ona uğurlar arzuladılar. Eyni zamanda məktəbin Həmkarlar Ittifaqının sədri Qıztamam müəllimə, kimya müəllimi Bahar müəllimə, Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseyn müəllim də çıxış edərək Mehriban müəlliməni təbrik etdilər.
"Vətənin müdafiəsinə hazıram"29 sentyabrda məktəbimizin komandası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Payız çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram " , Poliatlon çoxnövçülüyü üzrə Xəzər rayon çempionatında I yeri tutmuşlar. Bu münasibətlə şagirdlərimizi təbrik edir,onlara gələcəkdə daha böyuk nailiyyətlər arzu edirik.