Sərbəst güləş üzrə qalibimizMəktəbimizin 11-ci sinif şagirdi Abdullayev Elgiz sərbəst güləş üzrə əldə etdiyi nailiyyətlərə görə fərqlənir. O, "İdman zərərli vərdişlərə qarşı güclü mübarizə vasitəsidir" adlı açıq rayon birinciliyində 1-ci yerə, "Dünya Azərbaycanlılarının Həmrəylik gününə" həsr olunmuş sərbəst güləş üzrə açıq birinciliyində 2-ci yerə, "Aprel şəhidlərinə" həsr olunmuş azyaşlılar arasında Respublika turnirində 1-ci yerə, Qobustan Şəhəri Uşaq Gənclər Məktəbinin açıq birinciliyində uşaqlar və yeniyetmələr arasında keçirilən turnirdə 2-ci yerə layiq görülmüşdür. Onu əldə etdiyi bu uğurlara görə təbrik edir və ona yeni-yeni nailiyyətlər arzu edirik.
Şahmat qalibimizHəsənzadə Məhəmməd Mehman oğlu məktəbimizin VA sinfində təhsil alır. Məktəbimizin fəal şagirdlərindən olmuş Məhəmmədin şahmat üzrə bir sıra nailiyyətləri olmuşdur. Belə ki, fevralın 25-i 2012-ci ildə Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş Respublika şahmat turnirində I yerə, 24 oktyabr 2012-ci ildə Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibət ilə məktəblilər arasında təşkil edilən şahmat yarışı üzrə I yerə, 2014- cü il 6 mart tarixində Xocalı şəhidlərinin xatirəsinə həsr edilmişTəhsil Respublika İdman Mərkəzinin birinciliyində I yer tutduguna görə, 2014-cü il 12 oktyabr Azərbaycan Respublikası Təhsil Mərkəzində təşkil edilən şahmat oyunlarında II yer tutduğuna görə diplomlarla, 20 oktyabr 2014-cü ildə Gürcüstanın Batumi şəhərində ölkədaxili şahmat çempionatında milli komandamızın tərkibində II yer tutduğuna görə sertifikatla təltif olunub.
2015-ci il 24 may tarixində Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər şahmat məktəbində 28 May Respublika Gününə həsr olunmuş rapit turnirinin A qrupunda II və I dərəcəli şahmatçılar arasında keçirilən yarışda III yeri qazandığına görə medal və diplomla təltif olunmuşdur. 2015-ci il 23 dekabr 10 yaşınadək uşaqlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində I yer tutduğuna görə kubok , medal, diplom və 10 yaşadək uşaqlar arasında Bakı birinciliyinə layiq görülmüşdür. 2016-ci il fevralın 22-si Təhsil Respublika İdman Mərkəzinin Lənkəranda keçirdiyi komandalarının respublika birinciliyi üzrə zona yarışlarında II yer tutduğuna görə, 2016-cı il mayın 18-i “Azərbaycan Respublikası Naxçıvan -2016 Beynəlxalq Şahmat festivalı” nda C qrupunda yarışaraq 10 yaşadək oğlanlar arasında II yerə layiq görülmüşdür. 25 dekabr 2016-cı il Beynəlxalq Qrossmeyster Vüqar Haşımov adına Şahmat Akademiyasının təşkil etdiyi Dünya Azərbaycanın Həmrəylik Gününə həsr olunmuş şahmat festivalının uşaq turnirində fərqləndiyinə görə diplomla təltif olunub. 2017-ci il mayın 12-də “Azərbaycan Respublikası Naxçıvan Open-2017 Beynəlxalq Şahmat festivalı”nda C qrupunda yarışan 159 nəfər arasında II yerə layiq görülüb. Diplom şəxsən Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən təqdim edilib.
"Bakı 2015" İlk Avropa OyunlarıMəktəbimizin 10A sinif şagirdi "Bakı 2015" İlk Avropa Oyunlarının təşkili və keçrilməsində iştirakına görə Qulam Saxaq Məhəmməd sertifikatla təltif olunur.