Nailiyyətlərimiz

Birinci sinif şagirdimiz Azərbaycan çempionu olmuşdurMəktəbimizin 1c sinif şagirdi Məmiyev Zaur Karate idman növü üzrə əldə etdiyi sayısız uğurlara görə fərqlənir. O iştirak ediyi əksər yarışlarda yüksək ustalıq nümayiş etdirərək qalib olmuşdur. Azyaşlı olmasına baxmayaraq o, Karate Do Federasiyasının narıncı kəmər dərəcəsinə qədər yüksəlib. Şagirdimizi əldə etdiyi uğurlara görə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzu edirik.

ŞAGİRDİMİZ ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATINDAN UĞURLA QAYITDIMartın 16-sı 29-u arası Gürcüstanın Batumi şəhərində şahmat üzrə kişilər arası "Avropa Çempionatı" keçirilmişdir. Məktəbimizin 8c sinif şagirdi Atakişiyev Elmar bu yarışda da uğurla çıxış edərək öz beynəlxalq əmsalını 113 pillə qaldıraraq yarışı tamamlamışdır. Şagirdimizi bu uğur münasibətilə təbrik edir ona yeni nailiyyətlər arzu edirik.

Şagirdimiz 2 Fevral Gənclər günü münasibəti ilə keçirilən sərgidə iştirak etmişdirMəktəbimizin 8-ci sinif şagirdi Solodova Anastasiya gözəl rəsm qabiliyyətinə malik olduğu kimi həm də göz oxşayan əl işləri hazırlamağı bacarır. O, səkkiz nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Gənc dizayner dərnəyinin üzvü kimi, 2 Fevral Gənclər günü münasibəti ilə keçirilən sərgidə fəal iştirakına görə diplomla təltif olunmuşdur.

HAQQIMIZDA

Məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Məktəb 1975-ci ildə yeni binaya köçürülmüşdür və 1176 şagird üçün nəzərdə tutulmuşdur. Məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müa...

BİZİM FƏXRLƏRİMİZ

Ənivəs İsayeva Səda

Aysel Qasımova Malik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi