“Kiçik Akademiya”

“Kiçik Akademiya”nın təsis edilməsi. Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli,63 nömrəli əmrinə əsasən 22 oktyabr 2019-cu il tarixində məktəbimizdə “Kiçik Akademiya”təsis olundu. KA-nı təsis etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətinin məqsədyönlü şəkildə inkişafına kömək etmək,yüksək intellektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında ,elmi tədqiqat işinin aparılması yollarını öyrətməkdə,öz bacarıqlarını nümayiş etdirməkdə “Kiçik Akademiya”nın əhəmiyyətli rolu olacaqdır. Təsis konfransında KA-nın yaradılması elan olunaraq, onun ailə orqanı olan Şura seçildi.Şuranın tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirildi. Şuranın tərkibinə KA-nı prezidenti,onun müavinləri (vitse prezidentlər),bölmə rəhbərləri,habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edildi. KA-nın prezidenti: Kərimova Aysel biologiya müəllimi. I vitse prezident:Qafarova Mehriban biologiya müəllimi. II vitse prezident:Niftəliyeva Gülüstan kimya müəllimi. 1)Humanitar fənlər bölməsinin rəhbəri:İsayeva Səlmi 2)Təbiət fənlər bölməsinin rəhbəri:Qafarova Mehriban Fizika-Riyaziyyat bölməsinin rəhbəri:Şahməmmədli Mələknisə Şura KA-nın əsas fəaliyyət istiqamətlərinə müəyyənləşdirir,iş Planlarını təsdiq edir. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. Zəruri hallarda yeni bölmələrin yaradılması,habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırma məsələlərinə baxır. Şura iclasları rübdə 1 dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi