Azərbaycan dili və ədəbiyyat müəllimimiz münsif qismində
Martın 2-də Xəzər rayonu 234 nömrəli tam orta məktəbdə “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin zona mərhələsi keçirilib. Zona mərhələsində Xəzər və Pirallahı məktəbliləri iştirak edib.
Müsabiqənin keçirilməsi Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədini daşıyır.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova müsabiqənin münsiflər heyəti üzvlərindən biri olub.