Voleybol turnirinin qalib komandası
Dekabrın 20-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayonun təhsil işçiləri arasında voleybol turniri təşkil olunub. Turnirdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı RİH Aparatının baş məsləhətçisi Anar Bayramov, məktəb rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Turnir gərgin mübarizə şəraitində keçərək maraqlı və həyəcanlı anlarla yadda qalıb. Turnirin yekun nəticələrinə əsasən 168 nömrəli tam orta məktəbin komandası I, 235 nömrəli tam orta məktəbin komandası II, 186 nömrəli tam orta məktəbin komandası III yer qazanıb və Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif ediliblər.