Böyük Summativ Qiymətləndirmələr davam etdirilir

Həftə ərzində məktəb rəhbərliyi və inzibati heyətin nəzarəti ilə IV-XI siniflər arasında keçirilən ikinci yarımil üzrə BSQ-lər davam etdirilir. BSQ-lər buraxılış siniflərində (IV,IX,XI) bütün fənlərdən V-VIII və X siniflərdə isə buraxılış fənlərindən, (Azərbaycan dili, riyaziyyat, xarici dil) keçirilir. BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin naliyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.