15 Sentyabr Bilik günüdür

15 sentyabr- Bilik günü münasibətilə məktəbin akt zalında rəsmi tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülkər Məmmədzadə, İkinci Qarabağ müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Nəbiyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Sevda Rəhimova, məktəbin pedaqoji kollektivi, məktəbə ilk qədəmlərini basan birincilər və valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən məktəbin direktoru Elnur Bayramov yeni dərs ilində onlara uğurlar və bol müvəffəqiyyətlər arzu edib.O, bu il Konstitusiya və Suverenlik ili elan edildiyini qeyd edərək, öz çıxışında konstitusiya sadəcə qanun kitabı deyil, xalqın ürəyinin səsi, azadlığımızın təminatı olduğunu vurğulayıb. Bildirib ki, konstitusiya və suverenlik bir yerdə bizi güclü və azad xalq edir. Onları qorumaq hər birimizin borcudur.
Daha sonra İcra Hakimiyyətinin başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxışında, ölkəmizdə təhsilə verilən diqqət və qayğıdan, dövlətimiz tərəfindən şagirdlərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanların yaradılmasından söz açıb. Tədbir şagirdlərin Bilik gününə həsr olunan çıxışları ilə davam etdirilib. Sonda ilk zəng çalınıb. Məktəbdə ilk dərslər ”Konostitusiya və suverenlik ili” mövzusuna həsr olunub.