Yeni tədris ilinin ilk pedaqoji şura iclası keçirilib

Sentyabrın 11-də Pedaqoji Şuranın fəaliyyət planına uyğun olaraq 2025-2026-cı tədris ilinin hazırlıq vəziyyətinə dair ilk Pedaqoji şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak edib. Pedaqoji Şuranın sədri Elnur Bayramov qarşıda duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
İclasda gündəlikdəki məsələlər, 2024-2025-ci tədris ilində fəaliyyətin ümumi təhlili, problemlər və hədəflər, 2024-2025-ci tədris ilinin yekunları, dərs bölgüsü, sinif rəhbərlərinin təyin olunması, məktəbin fəaliyyət planının və pedaqoji şuranın fəaliyyət planı, pedaqoji şuranın katibinin seçilməsi, metodbirləşmə rəhbərləri ilə iş və metodik şuranın yaradılması, elektron jurnala keçid və 2025-2026-cü tədris ilinə hazırlıq vəziyyəti müzakirə edilib.
İclasda həmçinin, heyətin məktəbdaxili təhlükəsizlik qaydalarının müzakirəsi və pedaqoji kollektivə çatdırılması, təhsilverənlərin etik davranış qaydaları haqqında pedoqoji kollektivə məlumat verilib.