2024-2025 -ci tədris ilinin sonuncu Pedoqoji Şura iclası

     

İyunun 21-də Pedaqoji Şuranın fəaliyyət planına uyğun olaraq 2024-2025-ci tədris ilinin yekunlarına dair iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak etdi. Pedaqoji Şuranın sədri Elnur Bayramov qarşıda duran  məsələlər, 2024-2025-ci tədris ilinin  yekunları barədə iclas iştirakçılarını məlumatlandırıb. 

 İclasda fənn metodbirləşmə rəhbərlərinin, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Sevda Rəhimovanın, kitabxana müdiri Ülviyyə Niftəliyevanın, Uşaq Birliyi Rəhbəri Zülfünaz Abasovanın, psixoloji işin təşkilinə dair məktəb psixoloqu Röya Qəhrəmanovanın hesabatları dinlənilib. Həmçinin 2024-2025-ci tədris ilinin yekunları, şagirdlərin sinifdən sinifə keçirilməsi, tam orta təhsil, ümumi orta təhsil haqqında adi və fərqlənmə nümunəli  attestatların verilməsinə dair məsələlər müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi