Naxçıvan-100

Dekabrın 16-da məktəbin Coğrafiya müəllimi Xoşgünab Əhmədova tərəfindən 9”C” sinif şagirdləri ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvanın tarixi, mədəniyyəti və müasir dövrdəki əhəmiyyətini daha dərindən öyrənmək, bu barədə şagirdlərdə bilik və maraq yaratmaq, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək məqsədilə dəyirmi masa təşkil olunub.
Tədbir çərçivəsində şagirdlər hazırladıqları təqdimat və çıxışlarla Naxçıvanın zəngin mədəni irsini, tarixi abidələrini və strateji coğrafi mövqeyini təqdim ediblər. Fikir mübadilələri zamanı Naxçıvanın Azərbaycanın milli tarixindəki rolu, turizm potensialı və ekologiyası haqqında dərin və maraqlı müzakirələr aparılıb.