“Mən bullinqə qarşıyam” mövzusunda maarifləndirici söhbət

       Dekabrın 18-də məktəbin psixoloqu Röya Qəhrəmanova VI-VII sinif şagirdləri ilə “Mən bullinqə qarşıyam” mövzusunda maarifləndirici söhbət aparıb. Söhbət zamanı şagirdlər bulinqin Kiber, Fiziki, Şifahi və Sosial növləri haqqında məlumatlandırılıb. Psixoloq qeyd edib  ki, bullinq bir və ya bir neçə şagirdin digər şagirdə fiziki, emosional və ya şifahi şəkildə zərər vurmaq məqsədi ilə təkrar təhqiramiz davranışlarla məşğul olmasını əhatə edir.

    Məktəbdə bullinq uşaqlar və yeniyetmələr arasında ümumi problemdir və ciddi nəticələrə səbəb ola bilər. Bu kimi davranışların şagirdlər arasında baş verməməsi üçün maarifləndirici məşğələlərin keçirilməsinin, bu mövzuda valideyn və müəllim münasibətlərinin əhəmiyyəti vurğulanıb.

       Sonra isə şagirdlər arasında Zorbalıq və Bullinq münasibətini öyrənmək üçün sorğu keçirilib və mövzu haqqında maraqlı fikirlər, şüarlar səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi