“Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir
Dekabrın 13-də məktəbin akt zalında “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cümşüd İsmayılov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini polis polkovnik leytinantı Hafiz Təmirov, Pirallahı Tibb Mərkəzinin həkimi Almaz Abasova, məktəbin direktoru Elnur Bayramov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd ediblər ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Həmçinin vurğulanıb ki, narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.
Sonda tədbir zamanı verilən sualların cavablandırılması təmin edilib və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılıb.