Naxçıvanın qədim tarixi etimologiyasi haqqında yazılmış əsərlərlə tanışlıq

    Dekabrın 18-də məktəbin kitabxana müdiri Ülviyyə Niftəliyeva “Naxçıvan ayı” çərçivəsində  5”A”sinif şagirdləri ilə “Naxçıvanın qədim tarixi etimologiyasi haqqında yazılmış əsərlərlə tanışlıq" adlı tədbir keçirib. Tədbirdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova, UBR-İ Zülfünaz Abasova, psixoloq Röya Qəhrəmanova, rəsm müəllimi Günel Həsənova iştirak ediblər. Ülviyyə Niftəliyeva Naxçıvanın tarixi haqqında şagirdləri məlumatlandıraraq, Qədim Azərbaycan torpağı olan Naxçıvanın Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olduğunu, Azərbaycan xalqının bu diyarda qədim zəngin mədəniyyət yaratdığını vurğulayıb. O,qeyd edib ki, Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir.

    Daha sonra şagirlər Naxçıvan şəhərinin zəngin tarixini, gözəl təbiətini tərənnüm edən şeirlər səsləndirib, Naxçıvana həsr olunan əsərlər və topladıqları məlumatları təqdim ediblər.

 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi