Qədim türk diyarı-Naxçıvan
Dekabrın 19-da məktəbin kitabxanaçısı Təranə Əliyeva tərəfindən fəaliyyət planına əsasən “Naxçıvan ayı” çərçivəsində 8”A” sinif şagirdləri arasında “Qədim türk diyarı Naxçıvan” adlı sorğu aparılıb. Sorğu zamanı Ümummilli lider Heydər Əliyevin Naxçıvan haqqında kəlamları dinlənilib və şagirdlər Naxçıvanın qədim tarixini əhatə edən sualları cavablandıraraq, mövzu haqqında biliklərini nümayiş etdiriblər.