"Gəncliyin ilk baharı" adlı məşğələ

Dekabrın 24-də “Reproduktiv sağlamlıq” proqramı çərçivəsində məktəbin psixoloqu Röya Qəhrəmanova, tibb işçisi Könül Rüstəmova və məktəbin idman müəllimi Mikayil Tarverdiyev tərəfindən IX sinif şagirdləri arasında “Gəncliyin ilk baharı” adlı nümunəvi məşğələ keçirilib. Qızlar və oğlanlar üçün ayrı-ayrılıqda təşkil olunan maarifləndirici məşğələ zamanı yeniyetməlik dövründə qızlar və oğlanlarda cinsi yetişkənlik dövründə baş verən dəyişikliklər və orqanizmdəki fizioloji, hormonal proseslər barədə şagirdlər məlumatlandırıb. Həmçinin şəxsi gigiyena qaydaları, sağlamlığın şərtləri haqqında ətraflı izahlar verilib.