"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin rayon mərhələsi keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 7 fevral 2019-cu il tarixli müvafiq əmrinə əsasən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin şagirdləri arasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqə”si  keçirilir. Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin kimya fənninə olan marağının daha da artırmaq, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.

    Müsabiqənin ikinci (rayon) mərhələsi fevralın 22-də 168 nömrəli tam orta məktəbdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Rayon mərhələsində 168, 186, 231, 235 və 243 nömrəli tam orta məktəbin komandaları yarışıb. Şərtlərə uyğun olaraq hər məktəbdən bir komanda, hər komandada isə 3 nəfər şagird (9-cu sinif 1 nəfər, 10-cu sinif 1 nəfər, 11-ci sinif 1 nəfər) iştirak edib. Komandalar  2  akademik  saat  ərzində  30  sualdan  ibarət  test  tapşırığını  və 2  məsələni  yerinə  yetiriblər. Doğru  cavablandırılan  hər  bir  test  tapşırığı 1, məsələ isə 5 balla  qiymətləndiriləcək.

    Rayon mərhələsinin qalibi final mərhələsində iştirak etmək hüququ qazanacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi