"Valideynin məktəbdə bir günü" layihəsi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il F-66 nömrəli əmri ilə fevralın 22-də “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib. Layihənin keçirilməsi valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastuktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradıcı məqsədi daşıyır.

    Verilən təlimata uyğun olaraq saat 09:00-da tədbirin rəsmi açılışı olub. Sonra valideynlər kitabxana, idman zalı, bufet, kompüter otağı, laboratoriyalar və s. ilə tanış olublar.  Şagirdlərin əl işlərində ibarət sərgi valideynlər tərəfindən maraqla qarşılanıb. Valideynlər saat 10:15-də dərs müşahidələrində iştirak edib. Layihə valideynlər üçün seminarla davam edib.

    Sonda bədii hissə keçirilib. Bədii hissədə şagirdlər öz məharətlərini göstəriblər. Bir-birindən rəngarəng çıxışlar tədbirin daha da şən keçməsinə səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi