Maarifləndirici tədbir
Fevralın 13-də məktəbdə Pirallahı rayon Polis Şöbəsinin və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının birgə təşkilatçılığı ilə “Erkən nigah” və “Diqqət piyada” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Polis Şöbəsinin Xidmət işlər üzrə rəis müavini Fəxrəddin Babayev, Yetkinlik yaşına çatmayanlar üzrə inspektor Əlsəmid Xəlilov, Dövlət Yol Polis şöbəsinin əməkdaşı Rəşad Süleymanov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq həkimi Meyransa Ağayeva, məktəbin direktoru Mehparə Mansırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, məktəbin psixoloqu Röya Qəhrəmanova, 9-10-cu sinif şagirdləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd uşaq yeniyetmələrin iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.
Dövlət Yol Polis Şöbəsinin əməkdaşı Rəşad Süleymanov öz çıxışında yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında geniş məlumat verib, şagirdlərin ünvanladığı sualları ətraflı cavablandırıb.
İnspektor Əlisəmid Xəlilov çıxışında qeyd edib ki, “Erkən nigah” cəmiyyətin aktual problemlərindən biridir. Erkən nigah həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Qızların təhsil almaq həvəsini və imkanlarının azaldır, eyni zamanda reprodiktiv sağlamlığa təhlükə yaradır. Ekspert erkən nigah probleminin həll olunması istiqamətində görülən işlərdən danışıb. Problemin həll olunması üçün valideyn, müəllim və psixoloqların birgə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Məktəbin direktoru Mehparə Mansırova ekspert qonaqlara şagirdlərlə maarifləndirici söhbət apardıqları üçün minnətdarlığını bildirib.