Pedaqoji şuranın növbəti iclası keçirilib
Yanvarın 31-də məktəbdə 2018-2019-cu tədris ilinin 1-ci yarımilinə dair pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəbin direktoru Mehparə Mansırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəklik Böyükkişiyeva, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova və müəllimlər iştirak edib. Pedaqoji şurada 1-ci yarımilin yekunları, buraxılış siniflərdə keçirilən monitorinqin nəticələri, nitq mədəniyyətinin inkişaf etməsində mühüm rol oynayan kitabxana işinin təşkili və s. məsələr müzakirə edilib. İclasda həmçinin buraxılış imtahanlarında edilən dəyişikliklər müəllimlərin nəzərinə çatdırılıb.