XI Respublika rus dili və ədəbiyyatı olimpidası keçirilib
Yanvarın 25-də məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rusiya FR-ın Azərbaycandakı səfirliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Russotrudnichestvo”) Azərbaycan nümayəndəliyinin təşkil etdikləri “XI Respublika rus dili və ədəbiyyatı olimpiadası” keçirilib. Olimpiadada Rusiya İnformasiya və mədəniyyət mərkəzinin rəhbəri Valentin Denisov , BŞTİ-in müvafiq struktur bölmə rəhbəri Əfqan İsgəndərov, məktəbin direktoru Mehparə Mansırova iştirak edib. Olimpiadada şagird qismində isə Pirallahı və Xəzər rayonlarında fəaliyyət göstərən və BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 7-8-ci sinif şagirdləri iştirak ediblər. Olimpiada iki hissədən ibarət olub.1-ci hissə məktəbin akt zalında təntənəli şəkildə keçirilib.
Məktəbin direktoru Mehparə Mansırova qonaqları salamladıqdan sonra olimpiadanın əhəmiyyətindən söhbət açıb. O, çıxışında azərbaycanlı şagirdlərin savad və biliyini xüsusi qeyd edib, onların rus dilini mükəmməl bildiklərini vurğulayıb, belə olimpiadaların əhəmiyyətini dəyərləndirib və olimpiadada iştirak edənlərə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən digər qonaqlar qeyd ediblər ki, digər keçmiş SSRİ respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinə və ədəbiyyatına olan münasibət əvvəlki kimi qalmışdır. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin, respublikamızda rus dilinə münasibətin yüksək olmasının təzahürüdür. Bu isə, öz növbəsində, Azərbaycan ilə Rusiya arasında olan əlaqələrin daha da möhkəmlənməsinə və inkişaf etməsinə şərait yaradacaqdır.
Çıxışlardan sonra 168 və 235 nömrəli tam orta məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Onlar ədəbi-bədii kompozisiyalarla öz məharətlərini göstəriblər. Rus dili müəllimlərinin təşkil etdiyi təntənəli hissə tədbir iştirakçıları tərəfindən alqışlanıb. İştirak edən qonaqlar tədbiri yüksək səviyyədə təşkil edənlərə öz minnətdarlıqlarını bildiriblər.
2-ci hissədə isə şagirdlər öz biliklərini nümayiş etdiriblər.