“Dəyərlərimiz-gələcəyimiz sərvətimizdir”

    Dekabrın 14-də məktəbdə “Pətək” Yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi “Dəyərlərimiz-gələcəyimiz sərvətimizdir” adlı layihəsinin mahiyyətini izah etmək məqsədilə tədbir keçirib. Tədbirdə "Pətək" İctimai Birliyinin layihələr şöbəsinin rəhbəri Xuraman Əsgərova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova və 6,7,8-ci sinif şagirdləri iştirak edib. Layihəyə ümumilikdə 15 şagird qatılıb.

    "Pətək" İctimai Birliyinin Layihələr şöbəsinin rəhbəri Xuraman Əsgərova vurğulayıb ki, layihənin ümumtəhsil məktəblərində həyata keçirilməsində məqsəd milli dəyərlərimizin qorunmasını və gələcək nəsillərə çatdırılmasını aşılamaqdır.

    Layihədə iştirak edən şagirdlərə “Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda təqdimatlar-hekayə, slayd, videoçarx hazırlamaq tapşırılıb. Tarixi şəxsiyyətlərin, milli qəhrəmanlarımızın, müasir ziyalılarımızın, milli filmlərimizdə olan kişi və qadın obrazlarının nümunəsində hazırlanacaq təqdimatlar ən yaxşı hekayə və ən yaxşı videoçarx nominasiyaları üzrə qiymətləndiriləcək.

    Milli ideologiya, tarix,dil, din, mədəniyyət, incəsənət, ədəbiyyat, özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, musiqimiz, muğamlarımız, millətin, xalqın yaddaşını tərənnüm edən folklorumuz bizim  milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

    Milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi