Xocalı faciəsini unutmayaq
Fevralın 24 terbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, UBR-i Zülfünaz Abasova, psixoloq Röya Qəhrəmanovanın təşkilatçılığı ilə Azərbaycan tarixinə qanlı hərflərlə yazılan Xocalı faciəsinin 31 il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri Arzu Abdullayev, Sübhan Məmmədli, müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Xocalı faciəsinə aid video slayd təqdim olunub, şagirdlər faciəyə həsr olunan şeirlər söyləyib və mahnılar ifa ediblər.