VIII, IX siniflərdə monitorinq

    Fevralın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə VIII və IX siniflər üzrə monitorinq keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarət olub.

    Monitorinq Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə Azərbaycan dili fənni  üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil  üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi