Ümummilli Lider Heydər Əliyevin anım günü
Dekabrın 12-də məktəbin kitabxana müdiri Məmmədxanova Gülxatın, kitabxanaçı Ülviyyə Niftəliyevanın təşkilatçılığı, məktəb direktoru Elnur Bayramov və tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimovanın iştirakı ilə Ulu Öndər, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompazisiya keçirilib. Şagirdlər fəallıq göstərərək dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolu, Azərbaycan tarixindəki misilsiz xidmətləri və uğurlu siyasətindən danışıblar,şeirlər söyləyiblər.