20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil , Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş  etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 

Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 32 ili tamam olur. Bu münasibətlə məktəbdə tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 32- ci ildönümünə həsr olunmuş bir sıra tədbirlər təşkil olunub.Xüsusi dərslər keçirilib, 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verilib. 

Məktəbin akt zalında təşkil olunmuş tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.  Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda 20 Yanvar faciəsi şəhidlərinin Vətənin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan danışıb. O, öz çıxışında 20 Yanvar 1990-cı ildə keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirildiyini və yaralandığını qeyd etmişdir. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi