Azərbaycan dili fənnindən “Açıq dərs” keçirilib

Hər millətin dili onun varlıgını sübut edən, onu yaşadan abidədir. Azərbaycan dilinin bu abidələr içərisində dayanmaga mənəvi haqqı var. Elə buna görə də məktəbimizdə Azərbaycan dili fənnindən tez – tez “Açıq dərslər” keçirilir. Təsadüfi deyil ki, bu gün 8”a” sinfində Azərbaycan dilindən “Ana dili” mövzusunda “Açıq dərs “keçirildi. Dərsdə şagirdlərin fəallıgı, ana dilimiz haqqında aydın və anlaşıqlı diskussiyaları diqqəti cəlb edirdi. Müəllimin lövhədə yazdıgı ” Dilimiz ona görə lazımdır ki...”cümləsini şagirdlər özünəməxsus rəngarəng fikirləri ilə tamamladılar və sonda “şair həm şairdir, həm də xalqı üçün danışan dilin müdafiəçisidir, dilin varlıgını qoruyan əsgərdir” qənaətinə gəldilər.