IV Uşaq Kitab Festivalında

Məktəbimizdə şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı sinifdənxaric və məktəbdənkənar tədbirlər tez-tez keçirilir. Şagirdlərimiz muzeylərə, kitabxanalara gedirlər. Görülən işlər təbii ki, şagirdlərin dünyagörüşünün artırılması, sağlam, savadlı gələcək nəslin yetişdirilməsi üçün faydalı tədbirlərdir. Şagirdlərimiz eyni zamanda tez- tez kitab sərgilərində olur, yazıçılarla görüşlərdə iştirak edirlər. Bu günlərdə məktəbimizin 4"B" sinif şagirdləri məktəbin kitabxanaçısı Cəmilə Bayramova və ibtidai sinif müəllimi Sevinc Məcidovanın təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən IV Uşaq Kitab Festivalında iştirak ediblər. Şagirdlər yeni nəşr olunan kitablarla maraqlanıb, uşaqlar üçün təşkil olunan əyləncələrdə iştirak edib və Reyhan Yusifqızının “Bir şəhər, bir liman“ kitabındakı hekayəni kiçik kompazisiya formasında təqdim ediblər. Şagirdlər bu festivaldan böyük təəssüratlarla ayrılıblar.