Şagirdimiz uğuru

Məktəbin 7"A" sinif şagirdi Cəfərova Nəzrin "Konstitusiya və Suverenlik ili" çərçivəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş, " Azərbaycan Respublikasının ərazisi  vahiddir, toxunulmazdır və bölünməzdir" başlığı altında keçirilən esse müsabiqəsində iştirak edib. Məktəbin ictimai-mədəni tədbirlərində fəallığı ilə seçilən, bədii mütaliəni sevən, dərslərində həmişə fəallıq  göstərən Nəzrin Cəfərova müsabiqədə fəal iştirakına, məzmunlu yazı qabiliyyətinə görə Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə fəal müsabiqə iştirakçısı kimi sertifikatla mükafatlandırılmışdır. Arzu edərdik ki, Nəzrin Cəfərova daha böyük uğurlarla məktəbimizin müəllim və şagird kollektivini sevindirsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi