İNFORMATİKA(Rəqəmsal bacarıqlar) FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS KEÇİRİLİB

Məktəbin 7"A "sinfində informatika(rəqəmsal bacarıqlar) müəllimi Zeynalova Türkan “For dövrü” mövzusunda nümunəvi dərs keçirib. Müəllim dərsdə müasir təlim metodlarından istifadə edib. Dərsin motivasiya mərhələsində müəllim mövzuya uyğun rollu oyun təşkil edərək şagirdlərin dərsə marağını artırıb. Dərs prosesində müəllim şagirdlərə təqdim etdiyi tapşırıqlara uyğun olaraq təqdimat, lövhədə nümunə kodlar, həmçinin praktiki proqramlaşdırma tapşırıqları təqdim edib. Şagirdlər “for” dövrünün sintaksisi və istifadə sahələri ilə tanış olub, müxtəlif alqoritmləri bu dövr vasitəsilə proqramlaşdırıblar. Tapşırıqları platformada tez və düzgün yerinə yetirən 3 şagird “Sürətli şagird” yazılmış mövzuya uyğun kodlaşdırılmış yaxalıqla mükafatlandırılıb. Müəllim şagirdləri təlim nəticələrinə uyğun qiymətləndirib.