Şagirdlərin İstirahətini necə təşkil etmək olar?

Bildiyimiz kimi, bu il "Konstitusiya və Suverenlik ili" dir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü ("Hər kəsin istirahət hüququ var") maddəsini rəhbər tutaraq məktəbimizin şagirdləri tez-tez muzeylərə, tamaşalara gedirlər. Bu, şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Məktəbin 5"B"sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə "Tağıyev Çar" filmində olublar. Şagirdlər dəfələrlə adını eşitdikləri əfsanəvi milyonçu, Azərbaycanın məşhur xeyriyyəçisi, mesenat Z.Tağıyev haqqında maraqlı məlumatlar əldə ediblər. Uşaqlar filmdə insanın "xalqını həqiqi mənada düşünən, əsl vətənpərvər necə olmalıdır?" sualına cavab tapıblar. Belə bir şəxsiyyətin həyatından dərs alan şagirdlər filmdən xoş təəssüratla ayrılıblar.