"Fiziki məşqlər və insan orqanizmi"mövzusunda maraqlı dərs

Məktəbin 5"B" sinfində Azərbaycan dili müəllimi Bacıxanım Əliyeva məktəbin tibb bacısı ilə birlikdə "Fiziki məşqlər və insan orqanizmi"mövzusunda maraqlı dərs - "Mətbuat konfransı"keçiriblər. Konfransda məlum mövzuda şagirdlər təqdimatlar hazırlayıb və simvolik olaraq "həkim" kimi təqdim ediblər. Təqdimat zamanı "həkim və pasiyentlər" arasında maraqlı dialoqlar qurulub. Sonra şagirdlərin hazırladıqları çoxsaylı suallar məktəbin tibb bacısı tərəfindən cavablandırılıb. Uşaqlar verilən cavabları, əlavə məlumatları maraq və həvəslə dinləyiblər. Eyni zamanda, tibb bacısı sağlamlığın əsas şərtlərindən birinin də gigiyena olduğunu vurğulayıb və şagirdlərin təmizliyini yoxlayıb. Şagirdlər sağlamlığın əsasında düzgün qidalanma, gigiyena və fiziki məşqlərin mühüm yer tutduğu qənaətinə gəliblər. Dərsin sonunda isə "Düzgün qidalanma +idman= xoşbəxtlik" ideyasını özündə əks etdirən poster hazırlayıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi