ŞAGİRDLƏRİMİZ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ OLUBLAR.

Məktəbim alman dili müəllimləri Esmira Zöhrabova və Gülümsər Orucovanın təşkilatçılığı ilə 10 və 11 - ci sinif şagirdləri Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binasını ziyarət ediblər. Məqsəd şagirdlərimizin gələcəkdə böyük uğurlara imza atmaq, tələbə adını qazanmaq şansını artırmaq və ixtisaslı kadrlar kimi yetişmək və bu hədəfə çatmaq istəklərini gerçəkləşdirmək idi. İlk öncə şagirdlər universitetdə təhsil proqramları, tədris olunan ixtisaslar, fakültələr tədris planı ilə bağlı pedaqoji heyətlə səmimi söhbət aparıblar. Bu universiteti bitirən məzunların uğurları və  daha sonrakı fəaliyyəti ətraflı müzakirə olunub. Şagirdlər xarici dil  müəllimləri ilə  ünsiyyətdə ingilis və alman dilində danışıq bacarıqlarını nümayiş etdiriblər.
Həmçinin şagirdlər auditoriyalarla , elmi mərkəzlərlə  və kitabxana ilə yaxından tanış olublar.Daha sonra şagirdlər açıq dərsdə tələbələrlə birgə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi