“Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

8 may 2025-ci il tarixində Prezidentin sərəncamı ilə ölkəmizdə ilk dəfə qeyd olunan “Azərbaycan Respublikasının Konstitusiyası və Suverenliyi İli ” münasibətilə məktəbimizdə 4"A" sinif müəllimi Afət Allahverdiyevanın təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd şagirdlərə hüquqi bilikləri aşılamaq, onların dövlətçilik ənənələrinə, Konstitusiyaya və milli dəyərlərə bağlılığını artırmaq olub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbir zamanı şagirdlərin hazırladığı maraqlı təqdimatlar nümayiş etdirilib. Konstitusiyamızın tarixinə həsr olunmuş sənədli film nümayiş olunub. Şagirdlər “Vətən”, “Azərbaycan” mövzusunda şeirlər səsləndirib, vətənpərvər ruhlu mahnılar ifa ediblər.
Tədbir çərçivəsində təşkil olunmuş rəsm və inşa müsabiqələrinin qalibləri elan edilib və onlara hədiyyələr təqdim olunub. Ən çox maraq doğuran hissə isə 4"A" sinif şagirdləri arasında keçirilən viktorina olub. Şagirdlər Konstitusiya və dövlətçiliklə bağlı suallara cavab veriblər. Viktorina uşaqların fəallığını artırıb, tədbirə əyləncəli və maarifləndirici bir ab-hava qatıb.Tədbirin təşkilatçısı Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər haqqında danışıb.