MƏKTƏBİMİZİN ŞAGİRDLƏRİ DAMA İDMAN NÖVÜ ÜZRƏ KEÇİRİLƏN YARIŞDA QALİB OLUBLAR

Məktəbimizin şagirdləri dama idman növü üzrə respublika birinciliyində iştirak ediblər. 23-27 aprel 2025-ci il tarixlərində keçirilən birincilik “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbində baş tutub. Yarışın keçirilməsində məqsəd dama idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması və mərkəzin yaş qrupları üzrə yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.Yarışda Tağıyev Nicat -I yerə, Ələkbərov Cavidan – II yerə, Yusifli Həsən - III yerə layiq görülüblər.
Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunublar.