Ədəbi-bədii irsimizdən

Məktəbin akt zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3-29 / 3-2-128F/ 2025 nömrəli, 18.03 2025-ci il tarixli əmrinin icrasına əsaslanaraq, 2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivısində Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “Ədəbi-bədii irsimizdən” adlı ədəbiyyat gecəsi  keçirilib.

  Tədbir Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu "Kitabi-Dədə Qorqud" dastanından Dədə Qorqudun sözləri ilə başlayıb, sonra dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir X.Şirvani, dünyanın ölməzləri sırasına daxil olan N.Gəncəvi, Azərbaycanın ilk qadın şairəsi, şahmatçı və musiqiçisi hesab edilən M.Gəncəvi, mütəfəkkir İ.Nəsimi, öz dəyanəti, vüqarı ilə şöhrət qazanan Ş.İ. Xətai, əzmkar, söz sehrinin qüdrətindən ucalan M.Füzuli, bütün varlığı, ilhamı ilə həyata, insan gözəlliyinə vurğun, həyat aşiqli M.P.Vaqif, cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan 37-nin faciə qəhrəmanlarından M.Müşfiq və digər sənətkarların yaradıcılığına səyahət edilib, XII- XX əsri əhatə edən ədəbi irsimizdən şeirlər söylənilib, səhnəciklər nümayiş olunub, musiqi nömrələri və ədəbi kompozisiyalar təqdim edilib.

  Ədəbi gecənin məqsədi ulu öndərimizi yad edərək gənc nəslin estetik tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının artması və ədəbiyyata marağının gücləndirilməsi idi.

  Tədbirin sonunda çıxış edən məktəbin direktoru K.Qədirova şagird və müəllimləri təbrik edərək bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi