F.KÖÇƏRLİ ADINA KİTABXANADA

Kitab oxumaq uşaqların idrak, emosional və sosial inkişafı üçün vacib bir prosesdir.Uşağın kitaba olan sevgisi ailədən başlayır. Məktəbdə isə müəllimlər bu sevgini, bu həvəsi daha da yüksəltməyə çalışırlar.
Bu baxımdan 0 b sinif müəllimi S.Məcidova şagirdləri ilə birlikdə F.Köçərli adına Uşaq Kitabxanasına ekskursiyaya gediblər. Uşaqlar kitabxana ilə tanış olmuş, hecalı kitablar oxumuş, kitabxana işçilərinin oxuduqları kiçik hekayələri səhnələşdirmişlər.
Sonda valideynlər övladlarını kitabxanaya üzv etmiş və oxumaq üçün kitab götürmüşlər.