“KİÇİK AKADEMİYA” ÜZVLƏRİNİN RİYAZİYYAT FƏNNİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİB

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin riyaziyyat fənni üzrə təqdimatları keçirilib. Şagirdlər müəllimlərin dəstəyi ilə əvvəlcədən müəyyən olunmuş, araşdırma apardıqları mövzular üzrə təqdimatlarını nümayiş etdiriblər.Ələkbərli Qorxmaz “Gündəlik həyatda həndəsə”, 9b sinif şagirdləri Tahirli Murad “Riyaziyyat simvollarının yaranması” ,Mənsimli Hüseyn “Funksiya” 9b, Eminli Muhammed “Eksponenta”-10d, Sərvərov Süleyman “Dördbucaqlılar”, Əliyev Kamil “Təbiətdə riyaziyyat, 8e sinif şagirdi ”Musa Safura “Riyaziyyat və memarlıq”mövzuları üzrə öz kiçik araşdırmalarını təqdim ediblər. Tədbirdə iştirak edən direktor müavini Nazimə Zeynalova və riyaziyyat müəllimləri şagirdlərə öz tövsiyələrini veriblər. “Kiçik akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildiriblər..