“Konstitusiya və suverenlik ili” və Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilməsi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə məktəbimizdə dəyirmi masa təşkil olunub. Tədbir tarix müəllimi Leyla Mənsimovanın təşəbbüsü və təşkilatçılığı ilə, 9 “B” sinfinin şagirdlərinin fəal iştirakı ilə keçirilib.
Tədbirdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası, dövlət müstəqilliyi və suverenliyi barədə ətraflı məlumat verilmiş, müstəqil dövlətçiliyimizin formalaşmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vurğulanmışdır. Şagirdlər mövzu ətrafında maraqlı təqdimatlar etmiş, çıxışlarında Ulu Öndərin siyasi irsi, azərbaycançılıq ideologiyası və gənclərə göstərdiyi diqqət və qayğı barədə fikirlərini bölüşüblər.
Dəyirmi masa şəklində təşkil olunan tədbirdə interaktiv müzakirələr aparılmış, şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə dair suallar ətrafında fikir mübadiləsi ediblər. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Qədirova iştirakçılara təşəkkür edərək, bu cür maarifləndirici tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib.