ŞAGİRDİMİZ YARIŞDA QALİB OLUB

Məktəbimizin 4 “Ç” sinif şagirdi Məmmədli Ali futbol üzrə keçirilən yarışda böyük müvəffəqiyyət əldə edərək birinci yerə layiq görülüb. Ali yarışda göstərdiyi yüksək oyun qabiliyyəti və əzmkarlıqla həm özünü, həm də məktəbini fəxrlə təmsil edib. Onun bu uğuru yalnız fiziki bacarıqla deyil, həm də komanda ruhu və əzmkarlığı ilə bağlıdır. Alinin gələcəkdə daha böyük uğurlara imza atacağına əminik və ona gələcək yarışlarında uğurlar arzu edirik.