Məktəbdə nümunəvi dərs keçirilib

Məktəbin ingilis dili müəllimi Xalidə İbrahimova 7 c sinfində "Milli - mənəvi dəyərlərimizi qoruyaq'' layihəsi çərçivəsində " Our national traditions and customs "mövzusunda nümunəvi dərs keçirib. Müəllim dərsini kurikulumun tələblərinə uyğun olaraq qurub. Şagirdlər mətn əsasında sualları həm fərdi,həm kollektiv,həm də qruplar şəklində işləyərək cavablandırıblar.Xalidə müəllim təlim nəticəsini əsas götürərək dərsin gedişində maraqlı slaydlardan,mövzuya uyğun videolardan istifadə edib,yeri gəldikcə şagirdləri qiymətləndirib və onlara müsbət rəy verib. Müəllim şagirdlərlə birlikdə maraqlı müzakirələr (ancaq ingilis dilində) aparıb. Dərsdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova və fənn müəllimləri iştirak ediblər.