TƏMAYÜL SİNİFLƏRİNDƏ MONİTORİNQ KEÇİRİLİB

Məktəbdə 10"B" texniki-təbiət sinfində riyaziyyat-fizika-kimya, biologiya,10"D" və 11"Ç" texniki siniflərində riyaziyyat - fizika - kimya fənlərindən monitorinq keçirilib.
Monitorinqi keçirməkdə məqsəd şagirdlərin təlim nəticələrini müəyyənləşdirmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq müəllimlərin nəzarəti ilə əvvəlcədən müəyyən edilmiş qrafik əsasında keçirilib. Məktəb rəhbərliyi monitorinqin gedişinə nəzarət edib.